Polşada sürücülük işi. Bütün Avropa Birliyi daxilində 3.5 tonluq yük maşını ilə beynəlxalq yüklərin daşınması. Maşınlar 2022-ci ilin istehsalı olan 8-10 pallet tutumu olan tent örtüklü Reno Master və Opel Movanodur. B kateqoriyasına sahib və minimum 1 il sürücü kimi təcrübəsi olan (kişilər) müraciət edə bilər. Sürücüyə tələblər: - B kateqoriya sürücülük vəsiqəsi və kiçik qabaritli yük maşını sürmək təcrübəsinin olması. - Avtomobildən anlayışı olması. Şirkət tərəfindən sənədləşmə işləri tam qanuni aparılır və sürücünün vəzifələri tam izah olunur. Ekspeditor tərəfindən səfərə tam dəstək verilir. Yalnız Avropa Birliyi daxilində hərəkət edilir əsasən Almaniya, Polşa, Belçika, Niderland, Fransa, Avstriya və s. Əmək haqqı gündəlik hesablanır və avtobazadan kənarda olan bütün günləri əhatə edir ( bayram günləri və həftə sonları daxil olmaqla )